Salyanda 3 uşaq anası pomidordan zəhərlənərək öldü

salyanda-3-usaq-anasi-pomidordan-zeherlenerek-oldu
Oxunma sayı: 4097

Bu gün Salyan rayonunun Yenikənd kənd sakini olan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən dünyasını dəyişib.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, 1982-ci ildə anadan olmuş 3 azyaşlı uşaq anası Gülnarə Əli qızı Məmmədova 3 gün əvvəl yediyi pomidordan zəhərlənibmiş.

Lakin ailə həkimə müraciət etməyərək qadının müalicəsini evdə apardığından səhhəti bu gün qəfildən pisləşib və dünyasını dəyişib.

Gülnarə Məmmədovanın ölümünün əsl səbəbi məhkəmə tibbi-ekspertizanın rəsmi rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.