Salyanda 42 yaşlı molla qəflətən dünyasını dəyişdi - Foto

salyanda-42-yasli-molla-qefleten-dunyasini-deyisdi
Oxunma sayı: 4296

Ötən gün axşam saatlarında Salyan rayonunun Şorsulu kəndinin mollası dünyasını dəyişib.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, 42 yaşlı kənd sakini Balamməd Oqtay oğlu Ağayevin məsciddə halı qəflətən pisləşdiyindən evlərinə qayıtmaq istəyib. Elə evinin kandarından içəri girərkən də dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, mərhum son vaxtlar ürək çatışmazlığından əziyyət çəkirmiş.