Salyanda ağacəkmə kampaniyası keçirilib

salyanda-agacekme-kampaniyasi-kecirilib
Oxunma sayı: 1085

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında”  07 fevral 2017-ci il tarixdə Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq noyabrın 18-i Salyan rayonunun Xıdırlı kəndi ərazisində ağacəkmə kampaniyası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, alimin yubileyinə həsr olunmuş tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin və onun strukturuna daxil olan Meyvəçilik və Çayçılıq, Əkinçilik, Tərəvəzçilik, Baytarlıq, Üzümçülük və Şərabçılıq elmi- tədqiqat institutlarının və Salyan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində Salyan rayonunun Xıdırlı kəndi ərazisində püstə və badam ağaclarının tingləri əkilib.