Salyanda ağır qəza, 10 nəfər yaralandı

salyanda-agir-qeza-10-nefer-yaralandi
Oxunma sayı: 1768

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. “Mercedes Vito” markalı mikroavtobus və “Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı “Mercedes Vito”-nun aşdığı bildirilir.
 
Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Onlardan ikisinin azyaşlı olduğu bildirilir.
 
Qəzanın təfərrüatları müəyyənləşdirilir.