Salyanda ağır qəza

salyanda-agir-qeza-
Oxunma sayı: 657

SİA-nın Aran bürosunun verdiyi məlumata görə, “Jiquli” markalı avtomobillə ilə sərnişin mikroavtobusun toqquşması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun təxminən 132-ci kilometrliyində, Salyan rayonunun ərazisində baş verib.
Belə ki, Cəlilabad rayonunun sakini, 52 yaşlı Böyükkişi Mehdi oğlu Məmmədov idarə etdiyi “Qazel” markalı sərnişin mikroavtobusu ilə Bakı istiqamətində hərəkətdə olarkən qarşıdan gələn “Jiquli” markalı maşınla toqquşub. Nəticədə sərnişin mikroavtobusu cevrilərək yolun kənarına düşüb.
Hadisə zamanı “Jiquli”nin sürücüsü, Salyanın Qarabağlı kənd sakini, Telman Mülkəşah oğlu Nəzərov və mikroavtobusun içərisindəki sərnişinlərdən 6 nəfəri - Cəlilabad sakinləri Qönçə Məmmədova, Ceyran Xəlilova, Mənzurə Nəzərova, Cəmilə Mustafayeva, Əlövsət Mustafayev, Murad Abdullazadə və Bakı sakini Arif Hüseynov müxtəlif dərəcəli bədən xəsarətlər alaraq Salyan rayon xəstəxanasına yerləşdiriliblər.
Travmatoloq həkim Ramazan Əhmədovun bildirib ki, “Jiquli”nin sürücüsünün vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.