Salyanda “Kamaz” aşdı, ölən var

salyanda-kamaz-asdi-olen-var
Oxunma sayı: 1637

Salyan rayonunun Xıdırlı kəndində “KAMAZ” markalı yük avtomobili yolda idarəetməni itirərək aşıb. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş nazirliyin Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Piriyev Pirvəli Səfər oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.