Salyanda “Mercedes” aşdı, 4 nəfər yaralandı - Adlar

Salyanda “Mercedes” aşdı, 4 nəfər yaralandı
Oxunma sayı: 737

Salyan rayonunda “Mercedes” markalı avtomobilin su kanalına aşması nəticəsində 4 nəfər xəsarət alıb.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində sürücü, Lənkəran sakini, 1985-ci il təvəllüdlü Cəfərov Seyfəddin Bəkir oğlu, avtomobildə olan sərnişinlər, Lənkəran sakinləri- 1962-ci il təvəllüdlü Xəlilova Mehriban Cəlal qızı, 1971-ci il təvəllüdlü  Əlizadə Elnarə İltifat qızı və 1968-ci il təvəllüdlü  Nəcibəyov Rahim Gülağa yaralanıb. 

Yaralılar müxtəlif  dərəcəli bədən xəsarətləri ilə Salyan rayon xəstəxanasına yerləşdirilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi