Salyanda minik və yük maşınları toqquşdu - Yaralılar var

salyanda-minik-ve-yuk-masinlari-toqqusdu
Oxunma sayı: 1569

Bu gün axşam saatlarında Şirvan-Salyan avtomobil yolunun Salyan rayonunun Qaraçala kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, “Salyan OİL” əməliyyat şirkətinə məxsus,  Bəşirbəyli kəndinin 38 yaşlı sakini Abdinov Aqil Akif oğlunun idarə etdiyi 99-JE-886 dövlət nömrə nişanlı “KamAZ” markalı pompa maşını ilə rayonun Qarabağlı kənd sakinin idarə etdiyi “VAZ 2106” markalı 10-GU-216 dövlət nömrə nişanlı avtomaşın qarşı-qarşıya  toqquşub.

Hadisə nəticəsində “06”nın sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırılma aparılır.