Salyanda motosiklet “Mercedes”ə çırpıldı, yaralanan var - Fotolar

salyanda-motosiklet-mercedese-cirpildi-yaralanan-var
Oxunma sayı: 1354

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, Salyan rayonunun Yenikənd kəndinin 24 yaşlı sakini Mahir Adil oğlu Süleymanov idarə etdiyi “İJ” markalı ikitəkərli motosikleti hərəkətdə olarkən həmkəndlisi, 42 yaşlı Süleyman Zakir oğlu Soltanovun idarə etdiyi 10-NX-871 dövlət nömrə nişanlı  “Mercedes-E” markalı minik maşınına  çırpıb.

Hadisə nəticəsində ağır kəllə-beyin  xəsarəti alan motosikletçi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı DYP-da araşdırmalara başlanılıb.