Salyanda müəmmalı yanğın - Qazı, işığı olmayan 3 otaqlı ev yandı

Salyanda müəmmalı yanğın
Oxunma sayı: 717

Bu gün axşam saatlarında Salyan rayonunun Yenikənd kəndində yerləşən, yaşayış olmayan 3 otaqlı evdə yanğın baş verib.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, yeni sahibi Bakı şəhərində yaşadığı üçün yaşayış olmayan evin damının yandığını görən qonşular bu barədə yanğından mühafizə xidmətinə xəbər veriblər.

Hadisə yerinə gəlmiş yanğınsöndürənlər tərəfindən alov söndürülərək, onun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Yanğın baş vermiş evin elektrik və qaz təchizatı olmadığı üçün hadisənin hansı səbəbdən baş verdiyi araşdırılmağa başlanılıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi