Salyanda qəza, baba və nəvəsi yaralandı

salyanda-qeza-baba-ve-nevesi-yaralandi
Oxunma sayı: 1820

Bu gün günorta saatlarında Ələt-Astara-İran dövlət sərhəd avtomobil yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən 82-ci kilometrində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, Masallı rayon sakininin idarə etdiyi 10-OF-679 dövlət nömrə nişanlı, Bakıya kartof daşıyan ”Qazel” markalı yük avtomaşını Salyan rayonunun Boranıkənd kənd sakini Mirzəbəy Soltanoğlu Feyzullayevin idarə etdiyi 90-CT-293 dövlət nömrə nişanlı “VAZ 21-06” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində Mirzəbəy Feyzullayev və avtomaşında olan azyaşlı nəvəsi müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin “VAZ 21-06”nın qəfil yola çıxması səbəbindən baş verdiyi deyilir.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.