Şaman ayin zamanı yanaraq ölüb - Video

Şaman ayin zamanı yanaraq ölüb
Oxunma sayı: 1333

Malayziyada daos məbədində keçirilən dini ayin zamanı şaman ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Məlumata əsasən, Lim Ba adlı şaman “ruhunu və cismini təmizləmək” üçün altında ocaq yanan qazana girib. Təxminən 30 dəqiqədən sonra qazanın divarlarına döyərək çıxmaq istədiyini söyləyib. 68 yaşlı kişi dərhal qazandan çıxarılsa da, onun həyatını xilas etmək ümükün olmayıb. Banın ürək tutması və ikinci dərəcəli yanıq xəsarətləri səbəbindən öldüyü vurğulanıb.

Lim Banın 10 il ərzində bu ayində dəfələrlə iştirak edib. Son vaxtlar səhhətində problem olduğundan həkimlər ona ayinlərdə iştirak etməməyə çağırıblar.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi