Şamaxıda 10-cu sinif şagirdi özünü asdı

samaxida-10-cu-sinif-sagirdi-ozunu-asdi
Oxunma sayı: 2568

Şamaxı rayonunda intihar hadisəsi baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Polad Məhəmməd oğlu özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən kəndirlə asaraq intihar edib.

Mədrəsə qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi olan P. Məmmədovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
 
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.