Şamaxıda 2 avtomobil toqquşdu, xəsarət alanlar var - Fotolar

samaxida-2-avtomobil-toqqusdu-xesaret-alanlar-var
Oxunma sayı: 1329

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə bu saatlarda Bakı-Şamaxı-Yevlax yolunun 112 km-də, Şamaxının Mərzəndiyə kəndi ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda xəsarət alan sürücü və sərnişinlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. 

Rəşad Türkoğlu