Şamaxıda ağır qəza, yaralılar var - Fotolar+Video

samaxida-agir-qeza-yaralilar-var
Oxunma sayı: 4894

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, axşam saatlarında baş verən qəza Şamaxı-Padarçöl avtomobil yolununun Göylər kəndi ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. 

Yaralılar dərhal Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

***

Şamaxıda baş verən qəzada xəsarət alanlardan 4-nün adları məlum olub. Bunlar Şamaxı və Kürdəmir sakinləri-1954-cü il təvəllüdlü Kərimov Hücrət Ağasəlim oğlu, 1993-cü il təvəllüdlü Şükürov Saleh Taleh oğlu, 1996-cı il təvəllüdlü Qəhrəmanov Elməddin Elşad oğlu və 1997-ci il təvəllüdlü Cəfərov Qabil Habil oğludur.

Rəşad Türkoğlu