Şamaxıda ağır yol qəzası - Arvadı öldü, qızı və özü...

samaxida-agir-yol-qezasi
Oxunma sayı: 2868

Dekabrın 18-də saat 21 radələrində Şamaxı rayonunun Padarçöl kəndi ərazisində şəhər sakini Durasan Əsgərov və Pirbəhli kənd sakini Ulduzxan Səmədovun idarə etdikləri “VAZ-2121” markalı 2 avtomobil toqquşub.

"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, nəticədə U.Səmədovun sərnişinlərindən, arvadı Solmaz hadisə yerində ölüb, özü və digər sərnişini - qızı Mixək, habelə D.Əsgərov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.