Şamaxıda ağır yol qəzası - İki qardaş öldü +Fotolar

samaxida-agir-yol-qezasi
Oxunma sayı: 7835

Şamaxıda ağır yol nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo" xəbər verir ki, hadisə bu saatlarda Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsində baş verib. İlkin məlumatlara görə minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb. Ölənlər qardaş olublar, kimlikləri müəyyənləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

***

Ölənlər Şamaxı rayon Quşçu kənd sakinləri İsmayılov Ramil və İsmayılov Rasim Vahid oğludur. 

Yük maşınının sürücüsü, Qobustan sakini, 1982-ci il təvəllüdlü Şahverdiyev Ramil Əlhüseyn oğlu isə yüngül xəsarət alıb. 

 

Rəşad Türkoğlu