Şamaxıda bənd uçdu, kənd yollarını sel apardı - Yenilənib

Şamaxıda bənd uçdu, kənd yollarını sel apardı
Oxunma sayı: 1330

Şamaxı rayonunun Acıdərə kəndi yaxınlığında süni gölün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yollarını sel aparıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, sel nəticəsində Qobustan rayonunun Təsi, Şamaxı rayonunun Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da sel dağıdıb. Çıraqlı-Acıdərə yolu sel səbəbindən 5-6 saat avtomobillərin hərəkəti bağlanıb və nəticədə sürücülər yolda qalıb. Bəzi sakinlər yolu piyada getmək məcburiyyətində qalıb.
 
Axşam saatlarında əraziyə texnika cəlb olunub, yol müvəqqəti olaraq sürücülərin istifadəsinə verilib.

6 saat sonra göldəki su tamamilə azalıb. Gölün sahibi bildirib ki, göldə 60-70  tona yaxın müxtəlif balıq növü saxlayırmış. Hadisə nəticəsində bütün balıqlar tələf olub. Gölün kənarında yerləşən boru vasitəsilə kənd ərazilərindəki əkin sahələri suvarılırmış. Hazırda həmin xətlərdə sırdan çıxıb.
 
Göl sahibinin iddiasian görə, Bakı - Şamaxı - Yevlax yolunda aparılan işlər zamanı çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.

***

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, baş vermiş hadisənin yolda tikinti aparılamsı ilə əlaqəsi yoxdur: “Hal-hazırda Türkiyənin “Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.Ş.”  şirkəti tərəfindən “Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km hissəsinin dörd zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərini yerinə yetirir. 

Magistral avtomobil avtomobil yolunun 105-ci km –də podratçı təşkilat tərəfindən yararsız materialın qazılması və kənarlaşdırılaraq təyin edilmiş sahəyə yığılması davam etdirilir. Podratçı təşkilatın işlədiyi yerlə Acıdərə çay yatağında inşa edilmiş süni gölün arasında 2 km-dən çox bir məsafə var.

Qeyd etdiyimiz kimi balıqçılıq gölü Acıdərə çay yatağında yerləşir və kipləşdirilməmiş materialdan, köhnə dəmir beton borulardan inşa edilib. Aprelin 13-də yağan yağış nəticəsində çayda suyun səviyyəsi artıb və çay yatağında olan süni gölün bəndi uçub. 

Bundan başqa çayda suyun səviyyəsinin artması nəticəsində yol təsərrüfatına heç bir ziyan dəyməyib”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi