Şamaxıda maşın aşdı - 3 yaşlı uşaq öldü + Foto + Yenilənib

samaxida-masin-asdi
Oxunma sayı: 4160

Şamaxıda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Şamaxı-Pirqulu yolunun Qızmeydan kəndi ərazisindən keçən hissəsində “Vaz 2107” markalı avtomobil dərəyə aşıb. Nəticədə bir neçə dəfə yuvarlanan maşındakı 3 yaşlı oğlan uşağı dünyasını dəyişib.

Avtomobilin sürücüsü və digər sərnişinlər yaralanıblar. Ölən və yaralananların şəxsiyyəti müəyyən edilir.

Qeyd edək ki, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

***

Qəzada ölən və xəsarət alanların kimliyi bəlli olub.

İlkin məlumatlara görə, “VAZ 2107”nin sürücüsü Şamaxının Kürdəmiç kənd sakini hazırda Bakıda yaşayan Atəş Quliyev olub.Qəza nəticəsində dünyasını dəyişən 3 yaşlı uşaq sürücünün övladı Quliyev Əmrah Atəş oğludur.

Avtomobildə olan digər azyaşlı sərnişinlər, 2015-ci il təvəllüdlü Quliyev Uğur Atəş oğlu və Hüseynli Turan xəstəxanaya çatdırılıblar.

 Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu