Şamaxıda maşın aşdı, ata, ana və qızı yaralandı - Yenilənib

samaxida-masin-asdi-ata-ana-ve-qizi-yaralandi
Oxunma sayı: 2391

Şamaxı rayonunda yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir neçə saat əvvəl rayonun Həmyə kəndində qeydə alınıb. “Hyundai Tucson” markalı avtomobil maneəyə dəyərək aşıb və avtomobildə olan 3 nəfər ağır xəsarət alıb. 

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
***

Şamaxıda baş verən yol qəzasında xəsarət alan sürücü və sərnişinlərin kimliyi bəlli olub. İlkin araşdırma zamanı məlum olub ki, yol qəzası zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilənlər Şamaxı rayon Həmyə kənd sakini, 1954-cü il təvəllüdlü Mirbaba Abdullayev və sərnişin qismində olan həyat yoldaşı, 1963-cü il təvəllüdlü Şahnaz Abdullayeva və qızı 1995-ci il təvəllüdlü Şəbnəm Abdullayeva olub.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu