Şamaxıda və İsmayıllıda zəlzələ olub

samaxida-ve-ismayillida-zelzele-olub
Oxunma sayı: 644

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün saat 08:53-də Şamaxı və İsmayıllı rayonlarının sərhədində zəlzələ qeydə alınıb. Zəlzələnin episentrdəki maqnitudası 3,5 bal olub.
Zəlzələ Şamaxı rayonunun Pirqulu qəsəbəsində - 3, İsmayıllı şəhərində - 2,5 bal gücündə hiss olunub. İnsan tələfatı və dağıntı olmayıb.