Şamaxıda xilas edilən turistlərin adları açıqlandı

samaxida-xilas-edilen-turistlerin-adlari-aciqlandi
Oxunma sayı: 1655

Daxili İşlər Nazirliyi oktyabrın 3-də saat 11 radələrində Şamaxı rayonunun Pirbəyli kəndinin dağlıq ərazisində köməksiz vəziyyətdə qalan Rusiya vətəndaşlarının adlarını açıqlayıb.

"Qafqazinfo" Rusiya Federasiyasının vətəndaşları olan turistlər - Yuri Sıvarnik və Olqa Juravlyova havanın yağışlı olması və dağ yolunun yararsız hala düşməsi ilə əlaqədar idarə etdikləri “Nissan Patrol” markalı avtomobildə köməksiz vəziyyətdə qalıblar. Onların olduğu yer Şamaxı Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən müəyyənləşdirilib və turistlər xilas edilərək Bakıya yola salınıblar.