Şamaxıda yenidən vulkan püskürüb

samaxida-yeniden-vulkan-puskurub
Oxunma sayı: 1576

Şamaxıda yenidən vulkan püskürməsi baş verib. 

Bu barədə “Qafqazinfo”ya rayon sakinləri məlumat veriblər. Hadisə rayonun Xınıslı yaşayış massivində qeyd alınıb. Palçıq lavası yaxınlıqdakı taxıl sahəsinə axıb.

Qeyd edək ki, iki gün əvvəl də Şamaxı rayonunun Quşçu kəndi ərazisində “Quşçu” vulkanında püskürmə qeydə alınmışdı. Proses 1 dəqiqə 30 saniyə davam etmişdi.

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli "Qafqazinfo"ya açıqlamasında bildirib ki, son günlər Şamaxıda baş verən vulkan püskürmələri zəlzələdən sonra gözlənilən təbii prosesdir. Belə ki, son zəlzələdən sonra vulkanlarda aktivləşmə qeydə alınıb. 

***

Hazırda Şamaxı rayon icra hakimiyyəti nümayəndələri hadisə baş verən ərazidədir. Əraziyə axan az miqdarda palçıq lavası evlərdən xeyli aralıdır. Heç bir təhlükə və qorxu yoxdur. 

Rəşad Türkoğlu