Şamaxının yeni başçısı haqqında məlumatlar

samaxinin-yeni-bascisi-haqqinda-melumatlar
Oxunma sayı: 653

“Qafqazinfo” xəbər verir ki, yeni icra başçısı haqqında informasiyalar məhdud olsa da, onun barəsində müəyyən qədər məlumat toplamaq mümkün olub. Belə ki, 1962-ci ildə Sabirabadın Ulucalı kəndində doğulan Asif Ağayev ziyalı ailəsindəndir. Atası Əzizağa Ağayev uzun müddət Ulucalı kənd orta məktəbinin direktoru olub.

O, “Azərqaz” İstehsalat Birliyində təmir tikinti üzrə müavin vəzifəsində işləyib. Şamaxının icra başçısı təyin olunana qədər Ağayev SOCAR-ın qaz ixrac idarəsində rəis müavini vəzifəsində işləyib.