Samboçularımız dünya çempionatında

sambocularimiz-dunya-cempionatinda-
Oxunma sayı: 654

Sambo Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, yeniyetmələrin yarışında ölkəmizi 10 idmançı təmsil edəcək. Bunlar Rəşad Muradov (48 kq), Mehman Xəlilov (52 kq), Bəhruz Rəcəbov (56 kq), Orxan Qarayev (60 kq), Müşviq Mikayılov (65 kq), Xaliq Niftəliyev (70 kq), Fərid Hümbətli (74 kq), Şirin Cavadzadə (81 kq), Ziya Qismətli (87 kq), Zaur Abdullayevdir (+87 kq).

Gənclərin mübarizəsində isə Hüseyn Eyvazzadə (52 kq), Heydər Həşimov (57 kq), Fərid Mikayılov (62 kq), Fərhad Gurbanov (68 kq), Fəqan Əliyev (74 kq), Fazil İsayev (82 kq), Toğrul Verdiyev (100 kq), Abidulla Rəsulov (+100 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, idmançılarımız Bolqarıstan paytaxtına Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazovun rəhbərliyi altında yollanıblar.

Sabah start götürəcək yarışlara oktyabrın 15-də yekun vurulacaq.

Sevinc