Samboçumuz gümüş medal qazandı

sambocumuz-gumus-medal-qazandi
Oxunma sayı: 1095

Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında azərbaycanlı samboçu Ağasif Səmədov finalda uduzub.

"Qafqazinfo" Azərtac-a istinadən xəbər verir ki, bununla da o, Azərbaycan Avropa Oyunlarında yeddinci medalını qazanıb.

Olimpiya millimiz daha əvvəl iki gümüş və dörd bürünc medal əldə edib.