Sami Yusif “Ərəb Baharı”na mahnı yazdı

sami-yusif-ereb-baharina-mahni-yazdi
Oxunma sayı: 2304

Azərbaycan əsilli ingilis sənətçi Sami Yusif müsahibəsində - “Salam” müəyyən mənada qaranlıqdan çıxıb aydınlığa yönəlməyi, çətinlikləri, maneələri dəf etməyi anladır.” – deyib. O, albomda 16 mahnının yer aldığını, bu mahnıların sülh, sevgi və hər şeydən önəmlisi bir ümid mesajı daşıdığını xüsusilə vurğulayıb.

“Siyasi baxışım yoxdur, hadisələrə insanlıq sarıdan baxıram. Ərəb Baharı-nın gətirdiyi dəyişiklikləri bir yerdə yaşadıq. Bu alboma da bu cür yanaşmaq lazımdır. ” – deyən, S.Yusif 'I am your hope' (Sənin ümidin mənəm) mahnısının Misirdə yaşanan hadisələrlə bağlı olduğunu da qeyd edib. O bildirib ki, bu mahnıda hansısa siyasi qrupdan və ya partiyadan söz gedə bilməz, mahnı sadəcə olaraq gəncliyə ünvanlanıb.


Qeyd edək ki, “Salaam” Sami Yusifin sayca beşinci albomudur. “Time” jurnalı onu “İslamın ən böyük rok ulduzu”, "İngiliz Guardian" qəzeti isə “dünyanın ən məşhur Müsəlman İngilisi” deyə təqdim edir.