Samir 38 yaşını belə qeyd etdi - Fotolar + Video

samir-38-yasini-bele-qeyd-etdi
Oxunma sayı: 2645

“Şeron” qrupunun keçmiş üzvü, 2008-ci ildə Elnur Hüseynovla birlikdə Azərbaycanı Avroviziyada ilk dəfə təmsil edən Samir Cavadzadənin ad günü olub. 

“Qafqazinfo” xəbər verir ki, müğənni Bakının məşhur restoranlarının birində özünə doğum günü keçirib.

38 yaşını qeyd edən Samirin məclisində şou-biznesin tanınmış simaları da iştirak edib. Gecəyə xalq artisti Faiq Ağayev, əməkdar artist Sevda Ələkbərzadə, müğənni Natavan Həbibi, Eldar Qasımov, Səbinə Babayeva və başqaları qatılıb. 

Onlar ad günündən çəkilən fotoları sosial şəbəkədə paylaşıblar, Samiri bir daha təbrik ediblər.