Samir Abasov istefa verdi

samir-abasov-istefa-verdi
Oxunma sayı: 4976

Azərbaycan Premyer Liqasının sonuncu turunda “Sumqayıt” “Zirə”yə 1:2 uduzaraq Avropa Liqasına getmək şansını itirib.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Samir Abasov istefa verib.

O bildirib ki, bu komandada sonuncu oyunudur:

“Bu, mənim “Sumqayıt”da sonuncu oyunumdur. Belə şərtlərdə işləyə bilmərəm. Çünki “Sumqayıt” sanki reabilitasiya mərkəzidir. Rəhbərliklə danışmamışam. Amma böyük ehtimalla burda qalmayacam”.