Samir Abasov və Roberto Bordin cəzalandı

Samir Abasov və Roberto Bordin cəzalandı
Oxunma sayı: 1176

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Zirə” – “Neftçi” matçının 45-ci dəqiqəsində “Zirə” və “Neftçi” klublarının baş məşqçiləri Samir Abasov və Roberto Bordin bir-biriləri ilə sərt mübahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırılıblar. Bu səbəbdən hər iki məşqçi 1 oyun cəzalanıb, klubları 800 manat cərimə olunub.

Mətbuat konfransında “Zirə” klubunun baş məşqçisi Samir Abasova 4-cü hakim haqqında ironiya ilə danışdığına görə xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçini cəza gözləyir.

“Keşlə” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Klennon Andre ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın məşqçisi Anton Dioçenko aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə 10 oyun cəzalanıb, klubu 8000 manat cərimə olunub.

“Qarabağ” – “Qəbələ” matçının 90+2-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi