Samir Abasov “Zirə”də - Rəsmi + Yenilənib

samir-abasov-zirede
Oxunma sayı: 3571

Xəbər verdiyimiz kimi, "Zirə"nin baş məşqçisi Ayxan Abbasov istefa verib. Çalışdırıcı son zamanlar qeydə alınan uğursuz nəticələri əsas gətirərək, öz istəyi ilə komandadan gedib.

“Qafqazinfo” futbolpress.az-a istinadən xəbər verir ki, "Zirə"nin yeni baş məşqçisi Samir Abasov olacaq.

Abasov son olaraq "Sumqayıt"ı çalışdırıb və ötən mövsümün bitməsi ilə bu komandadan ayrılıb.

***

“Zirə” klubundan verilə açıqlamaya görə, Samir Abasovla mövsümün sonunadək rəsmi müqavilə imzalanıb.