Samir Anardan ayrıldı - Onlarla çalışacaq

samir-anardan-ayrildi
Oxunma sayı: 2389

Müğənni Samir Piriyev 4 il birlikdə çalışdığı prodüser Anar Mədətovla yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki,  ifaçı bir çox uğurlu layihə və konsertlərə imza atmış “Kevents Group”la birgə işləməyə qərar verib.

S.Piriyev yeni işbirliyi haqda bunları deyib: “Bu işbirliyindən çox razıyam. Bizə bol şans və uğur gətirəcəyinə inanıram. Çünki çalışmağa başladığım “Kevents Group”un işlərinə bələdəm”.

Qeyd edək ki, “Kevents Group”un rəhbəri tanınmış prodüser Kənan Bayramovdur.