Samir Bağırov 25 ildə etmədiyi bir işi edəcək

Samir Bağırov 25 ildə etmədiyi bir işi edəcək
Oxunma sayı: 167

“Qafqazinfo”ya açıqlama verən ifaçının prodüseri Samiraldo (Samir Əliyev) bildirib ki, Samir Bağırov 25 ildə etmədiyi bir işi edəcək: “Samir 25 ildir müğənnidir. Hamıda bilir ki, rus dilli bir ifaçıdır. O, bu 25 ildə ingilis, rus və Azərbaycan dillərində mahnılar oxuyub. Bu dəfə isə o, Türk dilində mahnı ifa edəcək. Mahnı artıq aranjımana verilib. Hamıya maraqlıdır görəsən rus dilli bir müğənni türk dində necə oxuyub? Samir mahnının türk dilində necə ifa etdiyini də danışmıram qoy sürpriz olsun. Bu mahnı yeni ilə yaxın dinləyicilərinin ixtyarına veriləcək”.

Onu da deyək ki, Samir Bağırovun türk dilində ifa etdiyi “Bağışla”adlı mahnının sözləri türk şairəsi Ayşə Birgül Yılmaza, musiqisi isə jurnalist Azər Nəsibova məxsusdur.

Aynur Babayeva


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi