Samir Bağırovu aldadıblar

samir-bagirovu-aldadiblar
Oxunma sayı: 666

Bu barədə “Qafqazinfo”ya açıqlama verən ifaçının prodüseri Samiraldo (Samir Əliyev) bildirib ki, İsmayıl Əsədov düz 4 aydır ki, onları aldadır:

“İsmayıl 4 ay bundan qabaq Samirə söz verib ki, ona mahnı hazırlayacaq, amma bizi aldatdı. Artıq Samir o mahnını oxumayacaq. Samir Bağırov belə hadisələrlə üzləşəndə həvəsdən düşür. Hətta depresiyaya girib oxumaq belə istəmir”.

Qeyd edəki, Samir Bağırov türk dilində “Bağışla” adlı mahnı ifa edib. Sözləri türk şairəsi Ayşə Birgül Yılmaza, musiqisi isə jurnalist Azər Nəsibova məxsus olan mahnını müğənni yeni ilə yaxın sevənlərinə təqdim edəcək.

Aynur Babayeva