Samir Bağırovun ən böyük fanatı odur

samir-bagirovun-en-boyuk-fanati-odur
Oxunma sayı: 676

Estrada müğənnimizin prodüseri vəzifəsini yerinə yetirən stilist Samir Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Türkiyənin prodüser mərkəzlərinin birindən onlara təklif gəlib: "Onlar mənimlə telefon əlaqəsi yaradaraq, Demet Akalının Samir Bağırovla eyni səhnəni bölüşmək arzusunda olduğunu bildirdilər. Sən demə o, Samir Bağırovun bütün disklərini, kliplərini izləyib və ifasını çox bəyənib. Samirin mahnılarından birini duet oxumaq istəyir. Təşkilatçılar da onun bu arzusunu reallaşdırmaq məqsədilə hər iki müğənninin Bakıda konsertini təşkil etmək qərarına gəlib".

Təşkilatçılar Demet Akalınla Samir Bağırovun Bakı konsertini Yeni il gecəsində təşkil etməyi düşünürlər. S.Əliyev təşkilatçıların Samir Bağırovun qonorarı ilə maraqlandıqlarını da deyib: "Onlar məndən Samir Bağırovun hansı qonorara konsert verdiyini soruşdular. Mən də məbləği söylədim. Razılaşdılar".

Qeyd edək ki, türkiyəli təşkilatçılar Samir Bağırovla görüşmək üçün bu günlərdə Bakıya səfər edəcək.