Samir Cavadzadə xəstəxanaya yerləşdirilib

samir-cavadzade-xestexanaya-yerlesdirilib
Oxunma sayı: 5568

“Şeronqrupunun keçmiş üzvü, 2008-ci ildə Elnur Hüseynovla birlikdə Azərbaycanı Avroviziyada ilk dəfə təmsil edən Samir Cavadzadə 3 gündür xəstəxanadadır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Roza Zərgərli konserti ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O, Samirin səhhəti ilə bağlı qonaq qismində musiqili gecədə iştirak etməyəcəyini bildirib.

Məlumata görə, ifaçının gözləri iltihablanıb və şişib. Hazırda müğənni konyuktivitdən müalicə olunur.