Samir Əliyev hakimləri təhqir etdiyinə görə cəzalandı

samir-eliyev-hakimleri-tehqir-etdiyine-gore-cezalandi
Oxunma sayı: 962

AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Premyer Liqanın və əvəzedici heyətlərin son turlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar verilib:
 
Topaz Premyer Liqasının 27-ci turunun “Neftçi” - “Səbail” matçının 43-cü dəqiqəsində “Səbail” klubunun baş məşqçisi Samir Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur.
 
Əvəzedici heyətlərin 27-ci turunun “Sumqayıt” - “Qəbələ” matçının 82-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Faiq Hacıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
 
Əvəzedici heyətlərin 27-ci turunun “Keşlə” - “Qarabağ” matçında “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.
 
Əvəzedici heyətlərin 27-ci turunun “Neftçi” - “Səbail” matçının 79-cu dəqiqəsində “Səbail”in futbolçusu Xaliq İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 800 manat cərimə olunur.
 
Əvəzedici heyətlərin 27-ci turunun “Zirə” - “Kəpəz” matçının 88-ci dəqiqəsində “Zirə”nin futbolçusu Kənan Zülfiqarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.