Samir Şərifov hesabat verdi

samir-serifov-hesabat-verdi
Oxunma sayı: 802



2015-ci ildə dövlət büdcəsinin gəlirləri nominal ifadədə 19 mlrd. 438 mln. manat, xərcləri isə 21 mlrd. 100 mln. manat həcmində proqnozlaşdırılır.

2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 32,5 faizi, xərcləri isə 35,2 faizi həcmində olacaq.

Dövlət büdcəsinin 2015-ci il üçün proqnozlaşdırılan gəliri 2014-cü ilin proqnozu ilə müqayisədə 5,7 faiz çox, 2013-cü ilin faktiki göstəricisi ilə müqayisədə isə 0,3 faiz azdır.

Xərclərə gəldikdə isə, bu göstəricilər müvafiq olaraq 5,2 faiz və 10,2 faiz çoxdur. 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinə əsasən gələn ilin dövlət büdcəsində 1662 mln. manat kəsir proqnozlaşdırılır.
2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə hesablanıb.

2015-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 1 mlrd. 778,5 mln. manat proqnozlaşdırılıb. Bu da 2014-cü ilin proqnozu ilə müqayisədə 8,6 faiz çoxdur. Belə ki, 2014-cü ilin proqnozunda müdafiə xərcləri 1 mlrd. 637,4 mln. manat təşkil edib.

2015-ci ilin dövlət büdcəsində sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 50 mln. manat vəsait nəzərdə tutulub.

Bu da 2014-cü illə müqayisədə 10 mln. manat və yaxud 25,0 faiz çoxdur. Sahibkarlığın inkişaf etdirilməsi, onlara güzəştli kreditlərin verilməsi üçün isə gələn ilin dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna 100 mln. manat vəsait nəzərdə tutulub.

Büdcə kəsirinin örtülməsi qiymətli kağızların yerləşdirilməsi, özəlləşdirmədən daxilolmalar və sair vəsaitlər hesabına bağlanacaq.
İcmal büdcəsinin gəlirləri 20 mlrd. 717 mln. manat, xərcləri 25 mlrd. 911 mln. manat proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasının gəlir və xərcləri bərabər həcmdə 367 mln. manat səviyyəsində proqnozlaşdırılır.
Samir Şərifov bildirib ki, xarici dövlət borcuna mühafizəkar yanaşılır.
Ən pis halda borcun 10 faizdən aşağı olması nəzərə alına bilər. Hazırda isə bu göstərici ÜDM-in 8,5 faizi həcmindədir.     

Nazir əlavə edib ki, sosialyönümlü xərclərə 5 mlrd. 826 mln. manat nəzərdə tutulub.
Gələn ilin dövlət büdcəsində təhsil xərcləri 3,5 faiz, səhiyyə xərcləri 7,2, müdafiə xərcləri 8,6 faiz artıb.
Onun sözlərinə əsasən, Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi üçün dövlət büdcəsində 60 mln. manat vəsait nəzərdə tutulub.

Günel