Samir Şərifov İllik Toplantıda iştirak edəcək

samir-serifov-illik-toplantida-istirak-edecek
Oxunma sayı: 1278

Toplantıda Azərbaycanın maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Maliyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, AİB-nın 45-ci İllik Toplantısında əksər üzv ölkələrdən nazirlər və yüksək vəzifəli hökumət rəsmiləri, biznes liderləri, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri olmaqla 4 mindən çox nümayəndənin iştirakı gözlənilir.
İllik Toplantı çərçivəsində maliyyə naziri S. Şərifovun bir sıra işgüzar görüşləri nəzərdə tutulub.

1966-cı ildə yaradılan AİB-nın baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 22 dekabr 1999-cu ildə üzv qəbul olunub.

Nigar Məmmədli