Samir Şərifov MDB ölkələri maliyyə nazirlərinin iclasında iştirak edəcək

samir-serifov-mdb-olkeleri-maliyye-nazirlerinin-iclasinda-istirak-edecek-
Oxunma sayı: 658

Maliyyə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Forum çərçivəsində mayın 23-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrin maliyyə nazirlərinin daimi fəaliyyət göstərən Müşavirəsinin 6-cı iclası da keçiriləcək.
İclasda MDB üzvü olan ölkələrin maliyyə və iqtisadi vəziyyəti, dövlətlərin Maliyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi üçün fəaliyyət planı, cari qlobal qeyri-sabitlik fonunda maliyyə riskləri və digər məsələlər müzakirə olunacaq, gələcək əməkdaşlıq hədəfləri müəyyənləşdiriləcək.

MDB dövlətləri maliyyə nazirlərinin daimi fəaliyyət göstərən Müşavirəsi vəziyyəti öyrənmək və böhrana qarşı tədbirlər hazırlamaq üçün 2008-ci il oktyabrın 10-da üzv dövlətlərin hökumət başçılarının qərarı ilə yaradılıb. Qurumun ilk iclası 2008-ci il oktyabrın 21-də keçirilib.
Nigar Məmmədli