Samir sevgilisindən danışdı - “Övlad istəyirəm...”

Samir sevgilisindən danışdı
Oxunma sayı: 1869

“Eurovision 2008” təmsilçimiz müğənni Samir Cavadzadə subaylığa əlvida demək niyyətindədir. 

“Qafqazinfo”nun məlumatına görə, “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, yeni sevgili münasibətinə başlayıb: 

“Hələ ki, yeni tanışlığa başlamışıq. İndi onun hər bir mesajları mənə əziz və maraqlıdır. Fikirləşirəm ki, sevgidə bunlar əsas amillərdir. Hələ ki, ailə qurmaq yaşım keçməyib. Fikirləşirəm ki, heç bir zaman gec deyil.

Əvvəllər fikirləşirdim ki, mən çox erkən evlənəcəm, amma qismət belə oldu. Mən də ailə, övlad sahibi olmaq istəyirəm. Elə mühitdə işləyirik ki, bizdə çətinliklər olur. Amma onu deyim ki, hər şey yaxşı olacaq. Toy olanda isə hər kəs bunu biləcək”.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi