Samiraldo hamıya meydan oxudu - Fotolar

samiraldo-hamiya-meydan-oxudu-fotolar
Oxunma sayı: 752

“Qafqazinfo”ya açıqlama verən Samiraldo bir neçə gün bundan öncə “Dior” firmasının keçirdiyi vizaj yarışmasından danışaraq bunları deyib: “Mən onsuz “Dior” firmasını baykot etmişəm. Çünki hamısı bilir ki, mən Böyük Britaniyanın məşhur modelyeri Con Qalyanonun fanatıyam. “Dior” isə ona böyük hörmətsizlik edib”.

Samiraldo bildirib ki, sözügedən tədbirə onu çağırsaydılar, Anar Atakişiyev buna imkan verməzdi: “O, mənim adımı bir çox yerdən çıxarıb. Mən vətənimə bağlı insanam. Heç vaxt ölkəmi atıb Gürcüstanda və ya başqa ölkələrdə işləmərəm. Bunlar özlərini elə göstərirlər ki, başqa ölkənin vətəndaşı ola-ola guya nəsə yaxşı iş görürlər. Mən öz işimin peşakarıyam və bunu hamı bilir. Ona görə də az mənim yolumu kəssinlər. Mənim adım artıq brenddir. Azərbaycanda hazırda Samiraldo brendi var və bunu hamı qəbul etsin”.

Aynur Babayeva