Bir müddət əvvəl ATV-ni tərk edən keçmiş teleulduz Samirə Mustafayeva iş qadını olub.
“Qafqazinfo” xəbər verir ki, gözlənildiyi kimi, eks-aparıcı özünə qadın klubu açıb. “Canan” adlanan klubun açılışı bu gün həyata keçirilib və mərasimə məşhur simalar - aparıcı və aktrisalar dəvət edilib.
Onlar açılışdan görüntüləri sosial şəbəkədə paylaşıblar.