Samirə Mustafayevadan möhtəşəm geri dönüş - Yenilənib

samire-mustafayevadan-mohtesem-geri-donus
Oxunma sayı: 681

Bir müddət əvvəl həm iş yeri olan ATV-dən, həm də həyat yoldaşı Vaqif Aydınoğludan ayrılan Samirə Mustafayevadan xəbər var. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə,  teleaparıcı bu dəfə özünü biznes leydi kimi sınamaq istəyib. 

O, Bakıda böyük bir qadın klubu açıb. Fitness, spa və gözəllik salonu olan mərkəzin tezliklə açılışı olacaq. 

Hətta, şou-biznesin bir neçə üzvü həmin məkanın xidmətlərindən istifadə edib. 

Bu məqamda qeyd edək ki, Samirənin işi kimi şəxsi həyatında da dəyişiklik olub. Belə ki, Mustafayeva dövlət qurumlarından birində çalışan vəzifəli şəxslə sevgi münasibətindədir. 

Qeyd edək ki, aparıcı mətbuata açıqlamasında bundan sonra aparıcılıq etməyəcəyini, özünü başqa bir sahədə sınayacağını bildirmişdi. 

S.Mustafayeva və V.Aydınoğlunun Nuran adlı qız övladı var.

***

Samirə Mustafayeva "Qafqazinfo" ilə əlaqə saxlayaraq məlumata münasibət bildirib:

"Gördüyümüz bu işlə bağlı məlumatın yayılacağını gözləyirdim. Amma daha bu formada yox. Bu işi nə sevgili hesabına, nə də tək etmişəm. Bir neçə rəfiqəmlə birləşib iş görmək istəyirik.

Sevgili ilə bağlı məsələ isə qətiyyən doğru deyil. Sizə zəng etməyimin məqsədi açıqlama vermək deyildi. Onsuz da ətrafım gerçəyi gözəl bilir. Sizi də öz dostum hesab etdiyim üçün istəmirəm ki, mənim barəmdə səhv məlumata sahib olasız".