Samirə Nəsirovaya hökm oxundu

Samirə Nəsirovaya hökm oxundu
Oxunma sayı: 2321

Bakı Ağır Cinayətlər Məhkəməsində bir qrup vətəndaşı SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən, özünü “Ata yolu” qəzetinin baş redaktoru kimi təqdim edən Samirə Nəsirovaya hökm oxunub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə S.Nəsirova 7 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, S.Nəsirova daha iki nəfərlə birgə işləyib. Belə ki, Elçin Əsədovu yüksək vəzifəli məmurun yaxın qohumu, Vüsal Məhərrəmovu isə “SOCAR”ın kadrlar idarəsinin əməkdaşı kimi təqdim ediblər. Onlar 30-a yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyiblər.

S.Nəsirova 2016-cı il sentyabrında Gəncədə “İmamzada” məscidinin imamı Rauf Axundovla tanış olub, sonra Bakıya gələrək onun qaynı, məcburi köçkün Ramiz Quliyevi ev növbəsində irəli çəkmək üçün vəd verib. “Qorotdel”in rəisi general Mirqafar Seyidovu qohumu kimi tanıdan S.Nəsirova bu işə generalın kömək edəcəyini deyib və 4 min manat pul tələb edib. Xalası oğlu Elçini isə spiker Oqtay Əsədovun qardaşı oğlu kimi tanıdaraq işi birlikdə həll edəcəklərini bildirib.  

Zərərçəkmiş, Qarabağ əlili Ramiz Quliyev əvvəllər DİN-in Şuşa batalyonun rəisi olub, indi isə təqaüddədir. O, məhkəmədə ifadəsində verdiyi pulun hələ də qaytarılmadığını deyib. O bildirib ki, pulu olmadığı üçün əlil dostlarından borc alıb. 

Digər zərərçəkmişlər də R.Axundovun tanışları olub. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi