Sammitdən əvvəl çimərliyə getdi - Video

sammitden-evvel-cimerliye-getdi
Oxunma sayı: 4122

Almaniya kansleri Angela Merkel Fransanın Biarritz şəhərində keçirilən “G7” sammitindən əvvəl çimərliyə yollanmaq qərarına gəlib. “Qafqazinfo”nun məlumatına görə, siyasətçinin gəzinti videosunu fotoqraf Con Sançez Tvitter hesabında paylaşıb.

Rusiya mətbuatı qeyd edir ki, Merkel sammit səbəbindən çimərliyin bağlı olmayan hissəsində gəzib və xilasedici ilə söhbətləşib. Çimərlikdə istirahət edən insanlar kansleri tanıyıb və onu salamlayıb.

Qeyd edək ki, avqustun 24-də Fransanın Biarritz şəhərində başlayan “G7” sammiti avqustun 26-da başa çatacaq.