“Şampan butulkasını təmiz yemişəm” - Qeyri-adi adam

sampan-butulkasini-temiz-yemisem
Oxunma sayı: 1109

Ağstafa rayonunun Tatlı kənd sakini Bəxtiyar Qurbanovun 51 yaşı var. Onun şüşə yemək vərdişləri isə qürbətdə olanda yaranıb.

“Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki,  uşaq yaşlarından Qazaxıstanda ucqar kənlərdən birində yaşayıb. Uzun müddət ərzaqsız qalan şəxs çıxış yolunu bu cür tapıb.

Bəxtiyar Qurbanov  deyir ki, stəkan və şüşələrin dadı yoxdur:

"Orada biraz aclığa düşdük. Heç nə yox idi. Dedik nə olar stəkandı, nəlbəkidi bunlar da yeməlidir. Onlardan yeməyə başladım mən. Mən torpağı, daşı götürüb yeyirdim. "Xrustal"da turş dad hiss edirəm. Saxsı qablar torpaq dadır. Bu stəkan və şüşələrdə dad yoxdur".

Deyirlər ki, insan ac olanda daşdan yumşaq nə olsa yeyər. Təbii ki, bu bir deyimdi. Amma Bəxtiyar Qurbanov bunu reallığa çevirib. Onun üçün ac qalmaq faciədir.

O, hətta mismar belə yediyini bildirib: “Açığı deyim mən o şiferi də yeyərəm. Kərpicdi, kubikdi, dişim nəyi kəsirsə mən yeyirəm, qorxum yoxdur. Şampan butulkasını təmiz yemişəm. Mismar udmuşam".