Sampaoli qovuldu

sampaoli-qovuldu
Oxunma sayı: 1942

Dünya çempionatında uğursuz çıxış edən Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli müqaviləyə xitam verilib.

“Qafqazinfo” xəbər verir ki, Argentina Futbol Federasiyası Sampaoliyə 2 milyon dollar təzminat ödəyəcək.

Qeyd edək ki, Argentina Rusiya keçirilən dünya çempionatının “D” qrupunda İslandiya (1:1), Xorvatiya (0:3) və Nigeriya (2:1) milliləri ilə qarşılaşıb. Üç oyunda 4 xal toplayaraq qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Lakin bu mərhələdə Fransa yığmasına 3:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.