“Samsung Galaxy S10” barədə maraqlı məlumat açıqlandı

samsung-galaxy-s10-barede-maraqli-melumat-aciqlandi
Oxunma sayı: 2789

Cənubi Koreya nəhəngi yeni mobil rabitə texnologiyasının hazırlanması və sınaqdan keçirilməsi üzrə razılaşma imzalayıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Samsung” şirkəti “5G” mobil rabitə texnologiyasının hazırlanması üzrə “Qualcomm” şirkəti ilə əməkdaşlıq edəcək.

“Galaxy S10” yeni rabitə şəbəkəsini dəstəkləyən ilk qurğulardan biri olacaq. Belə ki, “Qualcomm” şirkəti “TSMC” ilə əməkdaşlıqdan imtina edərək “Samsung” şirkəti ilə 10 illik müqavilə bağlayıb.

“PhoneArena” nəşri yazır ki, “Galaxy S10” smartfonu 2019-cu ilin əvvəlində təqdim edilə bilər və bu halda sözügedən qurğu “5G” tezliyini tutan yeni nəsil “Snapdragon 855” prosessoru ilə təchiz ediləcək.