“Samsung Galaxy S8”in yeni versiyası hazırlanır

samsung-galaxy-s8in-yeni-versiyasi-hazirlanir
Oxunma sayı: 644

“Samsung” şirkəti “Galaxy S8 Active” qurğusu üzərində iş aparır.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, smartfon “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

Qurğunun operativ yaddaşı 4 giqabayt təşkil edəcək.

Məlumata görə, “Galaxy S8 Active” birnüvəli testdə 1842, çoxnüvəlidə 6394 bal toplayıb.

Bildirilir ki, adi “Galaxy S8” smartfonundan fərqli olaraq “Active” qurğusunun ekranı kənarlara əyilməyəcək. Bunun əvəzinə mütəxəssislər aktiv istifadəçiləri zərbəyədavamlı korpus və sınmaz ekranla sevindirəcəklər.